Azərbaycan Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresində və 62-ci Baş Məclisində təmsil olunur

 

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin sədri Umud Rəhimoğlu bu mötəbər qurumun 2013-cü il Dünya Konqresinin və 62-ci Baş Məclisinin işində iştirak edir.

BAMF-ın informasiya departamentindən AzərTAc-a bildirmişlər ki, İordaniyanın paytaxtı Əmmanda keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən tanınmış jurnalistlər və media qurumlarının təmsilçiləri qatılmışlar.

Mayın 20-də BMİ-nin Dünya Konqresini İordaniyanın Baş naziri Abdulla Ensur açmışdır.

Sonra “CNN” televiziya kanalının aparıcısı Cim Klensinin moderatorluğu ilə “Jurnalist kimdir?” mövzusunda dinləmələr və görüşlər keçirilmişdir.  

BMİ-nin builki konqresində müzakirələr prioritet məsələ hesab edilən “KİV-lərin hüquq və imkanlarının genişləndirilməsi üçün sənəd dəyişiklikləri” ümumi mövzusu ətrafında aparılır. Ümumilikdə sessiyalarda “Həvəsdən sənətə doğru: “Ərəb baharı” idealizmini peşəkarlığa necə çevirməli?", “Həqiqətləri üçbucaqlara ayırmaq: Suriyanı necə əhatə etmək və kimə etibar etməli?”, “Böhtana qarşı tədbirlər”, “Din haqqında hesabat - mətbuat azadlığı ilə münasibəti necə tənzimləməli?”, “İnternet tənzimlənməsi - demokratiya və mətbuat azadlığı üzrə nəticələr hansılardır?”, “Media və hökumətlər korrupsiyaya qarşı mübarizə aparmaq üçün necə əməkdaşlıq edə bilərlər?” əsas müzakirə mövzularıdır.

U.Rəhimoğlu BMİ-nin Azərbaycan Milli Komitəsinin və BMİ Bakı Regional Təşəbbüs Mərkəzinin mandatına uyğun olaraq görülən işlər barədə Dünya Konqresində hesabat verəcəkdir.

BMİ uzun müddət KİV-lərin hüquqlarının və azad mətbuatın qorunması missiyası ilə fəaliyyət göstərən qlobal təşkilatdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında