Şəmkirdə hərbi prokurorluq üçün yeni inzibati bina istifadəyə verilmişdir

{nl}

Şəmkir şəhərində Qazax Hərbi Prokurorluğu üçün yeni inzibati binanın açılışı olmuşdur.
Hüquq mühafizə orqanları əməkdaşlarının, ədliyyə işçiləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək inkişaf etdirilən prokurorluq sistemində qazanılan uğurlardan danışmış, bu uğurları ölkədə yaradılan sabitliyin və gündən-günə yüksələn iqtisadi inkişafın nəticəsi kimi qiymətləndirmişdir. Dövlət başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən danışan respublikanın hərbi prokuroru bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirləri diqqətə çatdıraraq demişdir ki, ölkəmizdə prokurorluq orqanlarının rolunun artırılmasında "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirlməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın böyük əhəmiyyəti vardır. Proqramda prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasirləşdirilməsi və daha da inkişaf etdirilməsi ilə yanaşı, qurumun kadr potensialının gücləndirilməsi, onların peşəkarlığının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi kimi məsələlər geniş yer tapmışdır. Respublikamızda ilk dəfə olaraq Şəmkirdə hərbi prokurorluq üçün yeni inzibati binanın istifadəyə verilməsini Dövlət Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdıran pespublikanın hərbi prokuroru gələcəkdə bu işlərin davam etdiriləcəyini bildirmişdir.
Sonra Şəmkir rayon İcra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək prokurorluq əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara şərəfli və məsuliyyətli işlərində nailiyyətlər arzulamışdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuş, dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən fotogüşəyə baxmışlar. Sonra mərasim iştirakçıları yeni inzibati binada yaradılan şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, burada bütün otaqlar kompyuter və ən müasir zəruri avadanlıqla təmin edilmişdir.
Açılış mərasimindən sonra cari ilin 6 ayının yekunları ilə əlaqədar Gəncə və Qazax hərbi prokurorluqlarının fəaliyyətlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müşavirəyə yekun vurmuşdur.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında