Ucqar dağ kəndində görüş

 

 

Astaranın Pəlikəş inzibati ərazi dairəsinə daxil olan Ağ körpü kəndi rayon mərkəzindən 28 kilometr aralıda yerləşir. Səfalı təbiəti, sərin sulu mineral bulaqları olan bu kənd turizmin inkişafı üçün əlverişlidir. 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ucqar kəndin əhalisi ilə görüşərək camaatın arzu və təkliflərini dinləmiş, problemlərlə yerində tanış olmuşdur. 

Kənd tam orta məktəbin direktoru Dünyamalı Zülfüqarov, müəllim  Balakişi Rəhmanov, Nəbi Xalıqov, sakinlərdən Vaqif  Zülfüqarov, Fəzlədin Bağırov və başqaları Prezident İlham Əliyevin tapşırıqlarının rayonda yüksək səviyyədə icrasını əhaliyə diqqət və qayğı kimi dəyərləndirmişlər. Kənddə yaşayış üçün zəruri şəraitin olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, burada 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 1 tibb məntəqəsi əhaliyə xidmət göstərir. 

Çıxış edənlər mövcud problemlərdən də söhbət açmışlar.   Onlar Pəlikəş-Ocakəran yolunun əsaslı təmiri, elektrik xətləri və dirəklərinin dəyişdirilməsi, Pəlikəş tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikintisi, Hirkan Milli parkın ərazisində yerləşən kənd evlərinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı   təkliflər vermişlər.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev dağlar qoynunda əhali ilə görüşdən razılığını bildirərək qeyd etmişdir ki, söylənən  təkliflər, sadalanan problemlərin həlli üçün müvafiq addımlar atılacaq. Əhali ilə ötən dəfəki görüşdən sonra yolun cari təmiri ilə əlaqədar müəyyən işlər görülmüş, nəqliyyatın hərəkətinə  şərait yaradılmışdır. Lakin yolun daha rahat olması üçün çox iş görülməlidir. Odur ki, bu yaxınlarda  yolda əsaslı təmirə başlanacaq. Gərək ilin bütün fəsillərində yol işlək qaydada qalsın. Elektrik təsərrüfatı rəhbərliyinə qəzalı vəziyyətdə olan avadanlığın dəyişdirilməsi tapşırılmışdır.  İcra başçısı daha sonra qeyd etmişdir ki, ölkəmizin iqtisadi qüdrəti gündən-günə artır. Əhalinin rifah halının yaxşılaşmasına yönəldilmiş proqramlar ardıcıl həyata keçirilir. Elə bu ucqar dağ kəndində müasir tipli məktəb binasının tikintisi də tərəqqi nümunəsidir. Bu inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilir.

Sonra rayon rəhbərliyi Ağ körpü kənd tam orta məktəbində tədris prosesi və təlim-tərbiyənin vəziyyəti ilə maraqlanmışdır.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında