Azərbaycan Diplomatik Akademiyasının IV Bakı Enerji Yay Məktəbi başa çatmışdır

Azərbaycan Diplomatik Akademiyasının (ADA) iki həftə davam edən IV Bakı Enerji Yay Məktəbi iyulun 16-da başa çatmışdır.
Yay məktəbində Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, ABŞ, Malayziya, Mozambik və digər ölkələrdən 41 iştirakçı təhsil almaq hüququ qazanmışdır.
Yay məktəbi zamanı ADA-nın, ABŞ-ın Harvard, Rays və digər universitetlərinin, İsrailin, Böyük Britaniyanın, Fransanın tanınmış professorları tələbələr üçün mühazirələr oxumuş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), "ExxonMobil", "TOTAL", "Schlumberger", "İtochu", "RWE" və "bp"nin mütəxəssisləri isə neft və qaz sənayesinin praktiki məqamları barədə təcrübələrini bölüşmüşlər.
ARDNŞ və "ExxonMobil"in dəstəyi ilə keçirilmiş yay məktəbində xarici ölkələrdən gəlmiş gənc diplomatlar, tələbələr dünyanın və Azərbaycanın enerji bazarında mövcud meyilləri, enerji bazarının hüquqi, iqtisadi və ekoloji aspektlərini, transmilli, yerli və xarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdırmışlar.
İştirakçılar Azərbaycanın tarixi və mədəniyyəti, neft sənayesinin keçmişi və bu günü ilə də yaxından tanış olmuşlar.
Bağlanış mərasimində çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, yay məktəbinin keçirilməsinin əsas məqsədi Azərbaycanı dünyaya yalnız neft ixrac edən ölkə kimi deyil, eyni zamanda, bu sahədə bilikləri ixrac edən dövlət kimi tanıtmaqdır. Yay məktəbinin 4 illik fəaliyyəti dövründə enerji sahəsi ilə peşəkar səviyyədə məşğul olan 100-dən çox mütəxəssis burada təhsil almışdır.
H.Paşayev vurğulamışdır ki, artıq ənənəvi olaraq keçirilən Bakı Enerji Yay Məktəbi Azərbaycanın etibarlı enerji ixracatçısı olmaqla yanaşı, həm də enerji sahəsi üzrə müasir biliklər verən mərkəz olduğunu da sübut edir.
Digər çıxış edənlər IV Bakı Enerji Yay Məktəbinin uğurla keçdiyini və yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişlər.
Sonda iştirakçılara Akademiyanın sertifikatları və qiymətli hədiyyələr təqdim olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında