Mavritaniya Prezidenti Səngəçal neft terminalı ilə tanış olmuşdur

Ölkəmizdə rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz və onu müşayiət edən nümayəndə heyəti iyulun 16-da Səngəçal neft terminalı ilə tanış olmuşlar.
Terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində Azərbaycanda irimiqyaslı enerji layihələri həyata keçirilmişdir. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görmüşdür. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə, qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirmişdir. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır.
Tikintisinə 2001-cu ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan 3 çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Bura fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilmişdir.
Ali qonağa hədiyyə təqdim olunmuşdur.
Sonra Mavritaniya dövlətinin başçısı və onu müşayiət edən nümayəndə heyəti Səngəçal terminalının ərazisinə avtobusla gəzintiyə çıxmışlar. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında