70 min əmək mühaciri Rusiyadan deportasiya olunub

 

 

Son 3-4 ildə Rusiya qanunlarını pozduğuna görə, 70 min əmək mühaciri deportasiya olunub. APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) sədri Konstantin Romodanovski bildirib.

 Onun sözlərinə görə, Rusiya qanunlarını pozduğuna görə 70 min nəfərin ölkəyə girişinə qadağa qoyulub: “2012-ci ildə bu rəqəm 55 min nəfər idi. Mən xidmətə sədrlik etdiyim müddətdə Rusiyaya girişinə qadağa qoyulan şəxslərin əfv edilməsindən söhbət gedə bilməz. Vağzallarda insanlarımızın nələr çəkdiyini bir Allah bilir”.

K. Romodanovski hazırda Rusiyada 10,8 milyon mühacirin olduğunu söyləyib: “Onlardan 3,2 milyon nəfərinin işləmək üçün qanuni icazəsi var. 3,7 milyon nəfər isə sağlamlıq, təhsil və digər səbəblərdən Rusiya ərazisində yaşayır. 3 milyondan çox əmək mühaciri Rusiya ərazisində qanunsuz yaşayır və işləyir”.

FMX rəhbəri qanunsuz miqrasiya ilə mübarizədə adi Rusiya vətəndaşlarının da quruma kömək etdiyini bildirib: “Bu gün adi vətəndaşlar bizə küçədə gördükləri qeyri-ruslar barədə məlumat verirlər. Bu bizə qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaqda çox kömək edir”.

 Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən etibarən Rusiya Belarus və Qazaxıstan istisna olmaqla digər MDB ölkələrinə pasport rejimi tətbiq edəcək. İndiyə kimi daxili pasportla Rusiyaya gələ bilən Ukrayna, Orta Asiya və digər MDB ölkələri vətəndaşları 2015-ci il yanvarın 1-dən Rusiya ərazisinə yalnız xarici pasportla buraxılacaqlar. FMX-nın məlumat bazasında Rusiya ərazisində olan mühacirlərin əsas hissəsinin Ukrayna, Özbəkistan, Tacikistan, Azərbaycan, Qırğızıstan və Moldovadan olduğu bildirilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında