Vəkillər Kollegiyası rəyasət heyətinin MƏLUMATI

 

 

Ölkədə fəaliyyət göstərən bir sıra KİV-lərdə Vəkillər Kollegiyasının rəyasət heyəti tərəfindən vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı qərar çıxarılması haqqında yanlış və təhrif olunmuş məlumatlar gəzməkdədir. Məsələ ilə əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, rəyasət heyətinin intizam qaydasında heç bir vəkili kollegiya üzvlüyündən xaric etmək kimi səlahiyyəti yoxdur və qanunvericilikdə bu səlahiyyət yalnız müvafiq məhkəmələrə aiddir.

 Beləliklə, mətbuatda dolaşan qeyri-müəyyənliyə aydınlıq gətirilməsi məqsədilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, cari ilin may ayının 8-də Vəkillərin İntizam Komissiyasının rəyinə əsasən, Vəkillər Kollegiyasının rəyasət heyəti vəkil Aslan İsmayılovun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul etmişdir.

 Belə ki, 14 fevral 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovun qanunsuz hərəkətləri barədə Vəkillər Kollegiyasının rəyasət heyətinə məktubla müraciət etmişdir. Müraciət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının rəyinə əsasən, A.İsmayılov peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmuşdur. Vəkillərin İntizam Komissiyasının rəyi A.İsmayılova təqdim edilmişdir.

 Məsələyə məhkəmə qaydasında hüquqi müstəvidə münasibət bildiriləcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında