Heydər Əliyev Fondu ilə tanışlıq

{nl}

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Heydər Əliyev Fondunda olmuşdur. Burada Mavritaniyanın Prezidentinə və nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir.
Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəblərin tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği fondun əsas fəaliyyət istiqamətini təşkil edir. Fondun əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsindən, Azərbaycanın tərəqqisinə yönələn genişmiqyaslı layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.
Qonaq ulu öndər Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldu.
Fondla tanışlıqdan sonra Mavritaniya dövlətinin başçısı xatirə kitabına ürək sözlərini yazdı.
Prezident Məhəmməd Uld Əbdüləzizə fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edildi.
Ali qonaq fonddan zəngin təəssüratlarla ayrıldı.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında