Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Makedoniyada bir sıra tədbirlər keçirilmişdir

 

 

Mayın 13-17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Makedoniyanın Skopye şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilmişdir.

AzərTAc xəbər verir ki, bu məqsədlə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Makedoniyada səfərdə olmuşdur.

Səfər çərçivəsində Makedoniya Gömrük Xidmətinin rəhbərliyi ilə görüş, Müqəddəs Kiril və Mefodi Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və Azərbaycan gömrüyünün inkişafında roluna həsr olunmuş təntənəli mərasim, daha sonra “Chifte Amam” qalereyasında “Gömrük mədəni irsin keşiyində” adlı sərgi keçirilmişdir.

Sərginin açılışında Makedoniyanın Mədəniyyət naziri xanım Elizabeta Kanceska-Milevska, Gömrük İdarəsinin baş direktoru Vanco Kargov, diplomatik korpusun, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mayın 16-da isə Skopyenin Opera və Balet Teatrında Azərbaycan və Makedoniya incəsənət ustalarının konserti təşkil olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında