Minsk qrupunun həmsədrləri Krakov şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmüşlər

 

 

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 17-də Polşanın Krakov şəhərində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşmüşlər.

Həmsədrlərin və xarici işlər nazirlərinin adından yayılmış birgə bəyanatda deyilir ki, görüş iştirakçıları sülh prosesinin inkişaf etdirilməsinin mümkün yolları barədə fikir mübadiləsi aparmışlar. Nazirlər aktual vəziyyətlə bağlı öz mövqelərini ifadə etmiş və regionda sülhün bərqərar olması üçün səy göstərəcəklərini vurğulamışlar.

Bəyanatda qeyd edilir ki, Minsk qrupunun həmsədrləri tərəfləri sülh prosesinə zərbə vura biləcək və gərginliyi artıra biləcək fəaliyyət və ritorikadan çəkinməyə çağırmış, sülh nizamlanması üçün əlverişli şərait yaratmağa xidmət edən etimad mühitinin formalaşdırılması istiqamətində onlarla bir sıra mümkün tədbirləri müzakirə etmişlər.

Bəyanatın yekununda vurğulanır ki, həmsədrlər həmin məsələləri Azərbaycan və Ermənistan prezidentləri ilə müzakirə etmək üçün bu ayın sonunda regiona səfər edəcəklər.

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında