Azərbaycan mətbuatı üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlir

İyulun 16-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında milli mətbuatımızın 135 illik yubileyi münasibətilə ölkənin aparıcı KİV-lərinin nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov yubiley münasibətilə jurnalistləri təbrik etmiş, vurğulamışdır ki, 135 illik tarixə malik Azərbaycan mətbuatı bu gün üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlir.
Əli Əhmədov bildirmişdir ki, kütləvi informasiya vasitələri cəmiyyətin həyatında xüsusi yer tutur. Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP sədrinin müavini qeyd etmişdir ki, KİV-lər cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir.
Son illər Azərbaycanın bütün sahələr üzrə dinamik inkişaf etdiyini vurğulayan Əli Əhmədov demişdir: "Bu gün Azərbaycan sürətlə yeniləşir, müasirləşir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasətin uğurları ölkəmizin bütün guşələrində müşahidə olunmaqdadır. Azərbaycanın dinamik inkişafı hər bir vətəndaşın həyatında hiss edilir. Dövlətimizin başlıca məqsədlərindən biri də budur ki, Azərbaycanın hər bir vətəndaşı daha yaxşı yaşasın, onun sosial rifahı daha da yüksəlsin. Təbii ki, bütün bunlar Azərbaycanın reallıqlarıdır və mətbuatımız bu reallıqları obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmalıdır".
Azərbaycan dövlətinin KİV-lərin inkişafına xüsusi diqqət göstərdiyini deyən YAP sədrinin müavini bildirmişdir ki, bu, bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən də demokratik dəyərlərin cəmiyyətimizdə daha da dərinləşməsi istiqamətində atılan addımdır.
Əli Əhmədov vurğulamışdır ki, YAP kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verir. YAP-ın ölkənin ən aparıcı siyasi qüvvəsi və böyük ictimai dəstəyə malik olduğunu bildirən sədr müavini qeyd etmişdir ki, partiyanın üzvlərinin sayı 500 min nəfəri ötmüşdür. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin KİV-lər tərəfindən geniş ictimaiyyətə obyektiv çatdırılmasıdır. Partiyanın mətbuatla əlaqələrə həmişə xüsusi diqqət yetirildiyini söyləyən Əli Əhmədov milli mətbuat günü ilə bağlı keçirilən görüşlərin artıq ənənəyə çevrildiyini də bildirmişdir.
Sonra ölkənin aparıcı KİV-lərinin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.
Görüşdə YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak etmişlər.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında