Dərbəndin mərkəzi küçələrindən birinə ümummilli lider Heydər Əliyevin adı verilmişdir

 

 

Mayın 8-də Dərbənd şəhəri deputatlarının iclasında Azərbaycan xalqının ümummilli lideri

Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində şəhərin mərkəzi küçələrindən birinə ulu öndərin adının verilməsi haqqında qərar qəbul edilmişdir.

Bu barədə Dərbənd şəhərinin başçısı İmam Yarəliyev və Dərbənd Şəhər Deputatları Yığıncağının sədri Mövsüm Rəhimov Azərbaycan Respublikası Prezidenti Administrasiyasına məktub göndərmişlər. Məktubda deyilir ki, bu qərar Dağıstan ilə Azərbaycan və Rusiya ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmlənməsində və inkişaf etdirilməsində müstəsna rolu olmuş Heydər Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsidir. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin başladığı işi layiqincə davam etdirir və onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan postsovet məkanında çiçəklənən dövlətlərdən birinə çevrilmişdir.

Biz əminik ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Dağıstan dostluğu daha da möhkəmlənəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında