İtaliya şirkətləri Azərbaycanın müdafiə sektorunda həyata keçirilən layihələrdə iştirak etmək istəyir

 

 

Avropanın bir sıra aparıcı şirkətləri Azərbaycanın müdafiə sektorunda həyata keçirilən layihələrdə iştiraka maraq göstərirlər.

APA-nın məlumatına görə, artıq bir sıra İtaliya şirkəti öz təkliflərini Azərbaycan hökumətinə təqdim etmişdir.

Avropanın ən böyük raket sistemləri istehsalçısı olan İtaliyanın MBDA şirkəti Azərbaycanın hava hücumundan müdafiə sisteminin və sahil mühafizə komplekslərinin modernləşdirilməsi layihələrində iştirakda maraqlı olduğunu bəyan etmişdir.

APA-nın MBDA şirkətindən əldə etdiyi məlumata görə, bir müddət əvvəl MBDA nümayəndələri Azərbaycanla görüşlər keçirmiş, bəzi təkliflərlə çıxış etmişlər. Hazırda adıçəkilən şirkət bölgədə Qazaxıstanla çalışır. Ötən il Qazaxıstan MBDA şirkətinə sahil təhlükəsizliyini təmin etmək üçün yer-dəniz tipli gəmi əleyhinə raketlər sifariş vermişdir.

Başqa bir aparıcı İtaliya firması olan “Finmeccanica”ya daxil olan bir sıra şirkətlər də Azərbaycanla hərbi sahədə əlaqələrin yaradılmasında maraqlıdır. Türkiyədə keçirilmiş İDEF-2013 müdafiə sərgisi çərçivəsində Azərbaycan və “Finmeccanica” heyətlərinin görüşü olmuşdur. Şirkət nümayəndələrinin sözlərinə görə, dünyanın aparıcı müdafiə firmalarından olan “Finmeccanica” müdafiə sənayesinin fərqli sektorlarını əhatə edir.

Hazırda Azərbaycanın bu qrupun tərkibinə daxil olan AgustaWestland şirkəti ilə helikopterlərin alqı-satqısına dair müqaviləsi var. Qarşıdakı illərdə şirkət fərqli modeldə helikopterlərini Azərbaycana təqdim etmək niyyətindədir. “Finmeccanica” qrupu eyni zamanda Azərbaycanla kosmik sənaye, rabitə sahəsində də sıx əməkdaşlıq etməyi planlaşdırır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında