Heydər Əliyevin 90 illiyi Komidə qeyd edilmişdir

 

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin 90 illik yubileyi Rusiya Federasiyasının

Komi Respublikasının paytaxtı Uxta şəhərində də qeyd edilmişdir. Yubiley mərasimi Ümumrusiya Azərbaycanlıları Konqressinin Komi regional şöbəsinin baş ofisinin açılışı ilə əlamətdar olmuşdur.

Komi regional şöbəsinin (KRŞ) təşkilatçılığı ilə təşkil olunan tədbirdə bu respublikada çalışan Azərbaycan diasporunun fəalları, ÜAK KRŞ-i İdarə Heyətinin üzvləri, gənclər və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə geniş məruzə ilə çıxış edən Komi regional şöbəsinin sədri, hüquq elmələri üzrə fəlsəfə doktoru Fuad Sayyadov ulu öndər Heydər Əliyevin Azərbaycanın və Rusiyanın müasir tarixindəki yeri və rolu haqqında ətraflı məlumat verərək bildirmişdir ki, “Heydər Əliyevin xidmətləri hər iki ölkənin tarixində çox mühüm yer tutur. Onun zəngin irsindən hələ uzun illər həm Rusiya, həm də Azərbaycan  xalqlarının neçə-neçə gənc nəsli faydalanacaq.

Heydər Əliyevin öz xalqı qarşısında müstəsna xidmətlərindən biri, harda yaşamasından asılı olmayaraq, onun bütün nümayəndələrinin həmrəyliyinə nail olması, onları daim Vətənləri Azərbaycanın xoşbəxt gələcəyi naminə fəaliyyət göstərməyə çağırmasıdır”.

Sonra  Uxtada yaşayan gənc azərbaycanlılara ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında son illərdə çap olunmuş kitablar paylanmışdır. Elə bu tədbirdə yeni bir layihənin – Fuad Sayyadovun şəxsi təşəbbüsü ilə Komi Respublikasının qədim ali təhsil ocaqlarından olan Uxta Dövlət Texniki Universitetində Heydər Əliyev adına auditoriyanın açılışı üçün təşkilati işlərə start verildiyi bildirilmişdir.

Tədbirdə həmçinin elan olunmuşdur ki, ÜAK KRŞ-nin ofisində bu regionda yaşayan azərbaycanlıların arzu və təkliflərini öyrənmək məqsədilə poçt qutusu quraşdırılmışdır.

İ.RÜSTƏMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında