Beynəlxalq Avrasiya Mətbuat Fondu Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına üzv qəbul edilmişdir

 

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına (ANPED) üzv qəbul edilmişdir.

Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu AzərTAc-a bildirmişdir.

U.Rəhimoğlu demişdir ki, bundan əvvəl BMT-nin İqtisadi və Sosial Şurasının, ABŞ Dövlət Departamenti Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun üzvü olan BAMF ANPED ilə də əməkdaşlığa böyük önəm verir. 

BAMF-ın sədri bildirmişdir ki, ANPED vətəndaş cəmiyyəti təşkilatlarının potensialının artırılması istiqamətində güclü strategiyaya və aydın platformaya malikdir. Bu qurumun səmərəli əlaqələndirici fəaliyyəti, müxtəlif debatların təşkili və bu debatlarda iştirakın yeni formalarının tətbiqi sahəsində fərqli metodologiyası vardır. BAMF-ın bu mötəbər qurumla əməkdaşlığından Azərbaycanda, eləcə də postsovet məkanında fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları faydalanacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında