Dövlət Neft Şirkəti iki amerikalı tələbənin “Önəmli dil təqaüdü proqramı”nda iştirakını maliyyələşdirəcəkdir

 

 

Mayın 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar “Önəmli dil təqaüdü (CLS) proqramının genişləndirilməsi haqqında” razılaşma sənədi imzalamışlar.

AzərTAc xəbər verir ki, bu münasibətlə ARDNŞ-də keçirilən görüşdə CLS proqramının ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət bürosunun bu ölkənin universitetlərinin tələbələri üçün təşkil etdiyi proqram olduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, proqram çərçivəsində 13 önəmli dil üzrə intensiv yay kursları təklif edilir. Seçim prosesi Amerika Beynəlxalq Təhsil Şuraları (American Councils) tərəfindən aparılır və ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət bürosu tərəfindən təsdiqlənir. ABŞ hökumətinin xarici dil bilən amerikalıların sayını artırmaq məqsədi ilə göstərdiyi səylərin tərkib hissəsini təşkil edən bu proqram çərçivəsində Azərbaycan, benqal, hind, İndoneziya, Koreya, türk, urdu, ərəb, fars, Çin, yapon, Pencab və rus dilləri üzrə kurslar təşkil olunur. CLS proqramı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

Görüşdə vurğulanmışdır ki, ARDNŞ Azərbaycan dilini öyrənmək istəyən amerikalıların sayının artırılmasına böyük önəm verir və CLS proqramının genişləndirilməsi haqqında razılıq sənədinin imzalanması ölkəmizin dünyada təbliği işinə şirkətin yeni töhfəsi olacaqdır.

Əldə olunan razılığa əsasən, ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq əsasında həyata keçiriləcək CLS proqramı çərçivəsində ARDNŞ tərəfindən iki amerikalı tələbənin proqramdakı iştirakı maliyyələşdiriləcəkdir. Həmin tələbələrin təhsil haqqı, səyahət xərcləri və proqramla əlaqədar digər inzibati xərclər şirkət tərəfindən ödəniləcəkdir. Ümumiyyətlə, proqram çərçivəsində Azərbaycan dilini öyrənmək üçün qarşıdakı aylarda ölkəmizə 6 tələbə gələcəkdir. ABŞ Dövlət Departamenti razılaşmaya əsəsən, tərəfdaş təşkilatlar və podratçı qurumlarla birlikdə CLS proqramının həyata keçirilməsinə, o cümlədən iştirakçıların seçilməsi və proqramın icrası ilə bağlı digər məsələlərin icrasına nəzarət funksiyasını öz üzərinə götürür.

Görüşdə proqramda iştirak edəcək tələbələrin sayının artırılması arzusu ifadə olunmuşdur.

Sonda ARDNŞ prezidenti R.Abdullayev ABŞ səfirinə xatirə olaraq ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə hazırlanmış platin qələmi hədiyyə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında