Suraxanı Rayonu İcra Hakimiyyətinin nümayəndə heyəti Riqada səfərdədir

 

 

Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Riqadadır. Riqa Dumasında nümayəndə heyətinin Şərq icra müdiriyyətinin icraçı direktoru Dmitri Pavlovla görüşü olmuşdur. Görüş nəticəsində Şərq icra müdiriyyəti ilə Bakı şəhərinin Suraxanı rayonunun administrasiyası arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişdə mədəni mübadilə, rayonun sahibkarları ilə əlaqə imkanlarının öyrənilməsi nəzərdə tutulur.

Riqa Dumasının mənzil və ətraf mühit departamentinin nümayəndələri ilə görüşdə də ətraf mühitin qorunması sahəsində iş təcrübəsinin, ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin inkişaf etdirilməsi və tədbirlərin həyata keçirilməsi barədə məlumat mübadiləsi olmuşdur. Öz növbəsində Azərbaycan nümayəndə heyəti Riqada ətraf mühit sahəsindəki vəziyyətlə tanış olmuşdur.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məişət tullantılarının emalı ilə məşğul olan “Getlini EKO” kompleksində olmuşdur. “Getlini EKO” məişət tullantılarından qaz və elektrik enerjisinin əldə edilməsi üzrə texnologiya işləyib hazırlamışdır.

Qeyd edək ki, bu gün sutəmizləmə stansiyasına – “Riqa suyu” MMC özünüidarə müəssisəsinə getmək planlaşdırılır.

Nigar CƏFƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Riqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında