AZAL-ın təyyarələrində internet xidmətlərindən istifadə mümkün olacaq

 

 

Azərbaycanın mobil rabitə operatoru Azərfon MMC Azərbaycan Hava Yolları QSC-nin (AZAL) təyyarələrinin göyərtəsində internet xidmətlərini işə salmağı planlaşdırır.

Hazırda AZAL-ın 5 təyyarəsinin sərnişinləri mobil rabitənin səs və SMS xidmətlərindən istifadə edə bilirlər.

Trend-in məlumatına görə, AZAL-ın təyyarələrinin göyərtəsində internet xidmətlərinə çıxışın ilin sonunadək mümkün olacağı gözlənilir. Tariflərə gəlincə, şübhəsiz ki, xidmətə tələbat olduğu üçün onun dəyəri məqbul olmalıdır. Bu da bu növ xidmətə tələbatın yaranmasına kömək edir.

Yaxın vaxtlarda səsli və SMS xidmətlərindən aviaşirkətin doqquz təyyarəsində, 2014-cü ildə isə bütün hava gəmilərində istifadə mümkün olacaq.

Xatırladaq ki, Azerfon şirkəti AZAL ilə aviaşirkətin təyyarələrində mobil xidmətin göstərilməsinə dair 10 illik eksklüziv saziş imzalamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında