Beynəlxalq “Yaşıl qraffiti” festivalı keçirilmişdir

 

 

IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq)  Kampaniyasının ətraf mühit və incəsənət arasındakı harmoniyanı qoruyub saxlamaq məqsədilə təşkil etdiyi beynəlxalq “Yaşıl qraffiti” festivalı keçirilmişdir.

AzərTAc xəbər verir ki, festivalda Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə və Azərbaycandan olan gənclər iştirak etmişlər.

Festivalın təşkilat komitəsindən bildirmişlər ki, iştirakçılar Bakı şəhərinin mərkəzi hissələrindən birində quraşdırılmış xüsusi stendlərdə müxtəlif rəsm əsərləri çəkərək ətraf mühit problemləri ilə bağlı öz mesajlarını çatdırmışlar.

Festivalın əsas məqsədi qraffiti sənəti vasitəsilə ətraf mühitin qorunmasının vacibliyini xüsusi qeyd etmək və ictimaiyyətin diqqətinə çatdırmaqdır. Festival gənc rəssamların fəaliyyətində  yeni bir istiqamət yaratmaq üçün böyük imkanlar açmışdır.

 “Yaşıl qraffiti” festivalında iştirak üçün 80-dən çox gənc müraciət etmiş və iştirakçıların seçiminə apreldən başlanılmışdır.

IDEA Kampaniyası 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmışdır.

 IDEA yarandığı gündən insanları ətraf mühit problemləri barədə məlumatlandırmağa və bu sahədə onların fəal iştirakına  çalışır. Bu məqsədlə kampaniya müxtəlif layihələr həyata keçirməkdədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında