Lənkəranın 31 kəndində təbii qaz alovlanır

 

 

Lənkəran rayonunun daha üç kəndinə təbii qaz verildi. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Kosalar, Şağlaküçə və Havzava kəndlərinin sakinləri 20 illik fasilədən sonra yenidən mavi yanacaq almalarının sevincini yaşadılar.

Həmin kəndlərdə yüzlərlə mənzildə fərdi qaz tənzimləyici və mexaniki sayğac, onlarla siyirtmə quraşdırılmış, on minlərlə metr qaz kəməri çəkilmişdir.

Bu münasibətlə hər üç kənddə təntənəli açılış mərasimi düzənləndi.

Sakinlərdən Barat Yunusov, Fərrux Hüseynov, Sədail Ağayev, Mahmud Məmmədov, Nizami Abbasov,  Sədaqət Qurbanov,Məmmədhüseyn Kərimov, Eynulla Mənsimov, İltifat Həsənov və İldırım Şükürzadə ulu öndər Heydər Əliyevin şanlı yubileyi ərəfəsində hər üç kəndin təbii qazla təmin edilməsinin bütün kənd sakinlərinə ən yaxşı töhfə olduğunu bildirdilər, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Natiq Ələsgərov və Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sakinlərə xoş arzularını çatdırdılar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sakinləri təbrik etdi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı görülən işlərdən bəhs etdi. Dedi ki, qısa vaxtda Lənkəranın31 kəndi qazlaşdırılıb. Bir-iki aya daha 12 kəndə qaz veriləcək. İlin sonuna isə 71 kənd və qəsəbə mavi yanacaqla təmin olinacaq. O, təbii qazın həmişə evlərə istilik, hərarət gətirməsini, mavi yanacaqdan toy-düyündə, xeyir işlərdə istifadə edilməsini arzuladı.

Sonra rəmzi məşəllər alovlandırıldı. İcra başçısı və qonaqlar kənd evlərində “mavi alov”un açılışında iştirak etdilər, çay süfrəsinə qonaq oldular.

 

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında