Xatirə kitabına ürək sюzlərimi gюz yaşları içində qeyd etdim. Həmin cümlələrdən biri belə idi: “Heydər Əliyevin qiymətini illər keçdikcə zaman verəcəkdir”. Artıq həmin cümləni yazdığım vaxtdan 10 ilə yaxın vaxt юtür. Bu gün həmin cümlənin mənasını daha çox dərk edirəm. Bu bюyük şəxsiyyətin həyat yoluna nəzər salarkən, fəaliyyətini düşüncələrimdə qiymətləndirərkən Heydər Əliyev və Sovet Azərbaycanı, Heydər Əliyev və Sov.İKP MK Siyasi Bürosu, Heydər Əliyev və 1990-cı illərin Naxçıvan Muxtar Respublikası, Heydər Əliyev və müstəqil Azərbaycan Respublikası, onun neft strategiyası, ordu quruculuğu, müstəqil dюvlətin qanunlarının yaradılmasında rolu və nəhayət, azərbaycançılıq ideyasının nə qədər юnəmli və faydalı olduğunu gюrürəm.
Ulu юndər юmrün vəfasızlığını yaxşı bildiyindən başladığı işlərini yarımçıq qoymamaq üçün gecə-gündüz demədən çalışırdı. Düzü, biz də ona insafsızcasına yanaşırdıq, onu qorumurduq. Sanki onu dincəlməyə, istirahət etməyə qoymurduq, həyat və sağlamlığını durmadan istismar edirdik...
Ulu юndərin həyat yoluna, fəaliyyətinə nəzər yetirəndə Sovet Azərbaycanının onun rəhbərliyi illərində çox güclü inkişaf yolu keçməsinin şahidi oluruq. 1969-cu ildən 1982-ci ilədək onun юlkəyə rəhbərlik etdiyi illərdə sənayedə, kənd təsərrüfatında, tikintidə, elmdə, mədəniyyətdə birdən-birə intibah dюvrü başladı, xalqın maddi rifah halı yüksəldi. Azərbaycan müttəfiq respublikalar arasında SSRİ müqyasında юnə keçdi. Qibtə ediləcək inkişaf gedirdi. Heydər Əliyev zəhmətkeşləri, ziyalıları çox sevirdi, onların əməyini yüksək qiymətləndirirdi. Azərbaycan xalqı da ulu юndəri çox sevirdi. Biz fəhlə balalarının irəli getməsi üçün o, hər cür şərait yaratmışdı. Onun təhsil sahəsində atdığı radikal addımlar nəticəsində mənim kimi minlərlə gənc istər Azərbaycanda, istərsə də keçmiş SSRİ məkanında müxtəlif ali məktəblərdə seçdikləri ixtisaslara yiyələndilər. Bu, Heydər Əliyevin bizlərə sonsuz qayğısı və diqqəti idi.
O, sanki SSRİ-nin dağılacağını, Azərbaycanın müstəqil olacağını əvvəlcədən gюrürdü. Bunun üçün də kadr potensialına xüsusi diqqət ayırırdı. Zaman gəldi, onun əkdikləri müstəqil Azərbaycan dюvlətinin inkişafında юz bəhrələrini verdi.
Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında, Naxçıvan MR-in ermənilər tərəfindən işğal olunmamasında ulu юndərin əvəzsiz xidmətlərini gюrməmək sadəcə mümkün deyil. Əgər 1990-cı ildə ulu юndər doğulduğu Naxçıvana zamanında Allah tərəfindən gюndərilməsəydi bu mюhtəşəm diyarın taleyi tamam başqa cür ola bilərdi. Bəlkə də bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan erməni işğalı altında qalmışdı...
Tarix sübut edib ki, xalq hər adamın işığına, çevrəsinə yığılmır. İnandığı, güvəndiyi bюyük şəxsiyyətlərin ətrafına yığışır. Oxumuşam ki, zamanında Əmir Teymurun ətrafında 3 nəfər olanda 100 nəfər türkmən çюldə ona qoşulub biət edərək onu юzlərinə başçı seçiblər. Bu hadisənin düşünməyə vadar edən tərəfi odur ki, Əmir Teymur 100 nəfərə deyil, 100 nəfər ona qoşulub. Sonradan tədricən dünyanın Əmir Teymur kimi fatehi formalaşıb.
1990-cı illərin əvvəllərində başsız qalmış, dərdləri ilə üzbəüz buraxılmış Azərbaycan xalqı da ulu юndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra onun ətrafında toplaşdı. Mərkəzi hakimiyyətdə olan rəhbər kimliyindən asılı olmayaraq onunla rəqabət apara bilmirdi, addım-addım mюvqelərini itirərək ya ona biət edir, ya da Tanrı tərəfindən cəzalandırılırdı. Ona xəyanət edənlərin çoxunun cəzasını Allah verirdi.
Ulu юndər həmin çətin günlərdə xalqla birlikdə idi. 1990-cı illərin əvvəlində Naxçıvan MR-in vəziyyəti çox açınacaqlı durumdaydı. Respublikanın blokadada olması bir tərəfə, heç elektrik enerjisi, ərzaq da çatışmırdı, qışı sərt olan Naxçıvanın soyuğuna dюzmək çətin idi. Həmin çətin vəziyyətdə ulu юndər Naxçıvan əhalisi ilə çiyin-çiyinə dayanmışdı. Çıraq işığında, soyuqda Azərbaycanı, Naxçıvanı xilas etməyin yollarını düşünürdü. Belə bir vaxtda onun Türkiyə Respublikası ilə bağladığı müqavilə işimizə yaradı. Bəlkə də zamanında atılmış bu addım olmasaydı Naxçıvan MR-də aclıq insanların sonuna çıxacaqdı. Gюrdüyü bu bюyük işlərə baxmayaraq, aramızda ulu юndərin əməyini qiymətləndirə bilməyənlər, onun şəxsiyyətindən qorxub, ona daş atan nankorlar da tapılırdı. Hətta Naxçıvanın muxtariyyətini ləğv etmək istəyən “vəzifə sahibləri” də var idi.
1990-cı illərin əvvəllərində Naxçıvanın işğalı ilə yanaşı, Azərbaycanın banan respublikasına çevrilmək təhlükəsi də artırdı. Bu təhlükə şimal və cənub qonşularımız tərəfindən açıq-aydın dəstəklənirdi. Şimalda Sadval təşkilatının və cənubda Talış-Muğan Respublikasının yaradılması ideyası problemlərimizin üzərinə problemlər gətirirdi. Bu separatçı ocaqları hakimiyyətdə olanlar sюndürə bilmirdilər, əksinə, onların mюvqeyi get-gedə güclənirdi. Dağlıq Qarabağ və onun ətrafında gedən dюyüşlərdəki ağır məğlubiyyətlər, bюlgələrə və paytaxta daşınan şəhid meyitləri, Gəncə hadisələri Azərbaycanda hakimiyyət bюhranını son həddə çatdırmışdı. Artıq yuxarılar юlkəni idarə edə bilmirdilər, aşağılar da onları qəbul etmirdilər.
Belə bir çıxılmaz durumda Azərbaycanın kюməyinə onun əvəzsiz oğlu Heydər Əlirza oğlu Əliyev gəldi. Həllini gюzləyən problemlər olduqca çox idi. Oğul istəyirdi ki, bu düyünləri aça bilsin. Bu azmış kimi, mюvcud hakimiyyət nümayəndələri ulu юndərə kюmək etmək əvəzinə, addımbaşı ona mane olmağa başlamışdılar. Hər yerdə onun uğursuzluğa düçar olması üçün təxribatlar tюrədilir və xəyanətlər edilirdi. Yaxın keçmiş olduğundan və hər şeyi bildiyinizdən bir-bir onları sadalayıb oxucunu yormaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, ulu юndərin gərgin əməyi nəticəsində Gəncə qiyamı yatırıldı, Sadval və Talış-Muğan Respublikası kimi separatçı ocaqlar çətinliklə də olsa sюndürüldü, xalqın hakimiyyətə olan inamı tədricən bərpa olunmağa bağladı. Gюrülmüş işlər nəticəsində xalqın юzünəinamı artdı.
1994-cü ilin may ayında atəşkəs haqqında sazişə, sentyabr ayında isə “Əsrin müqaviləsi”nə imza atıldı. Azərbaycan tədricən юzünə gəlirdi. Buna dюzməyən xarici qüvvələr və onların daxildəki muzdlu nюkərləri ulu юndəri fiziki və mənəvi cəhətdən məhv etmək üçün ən iyrənc üsullara əl atırdılar. Ancaq Heydər Əliyev uzaqgюrənliyi və dahiliyi, xalqın dəstəyi və Allahın kюməyi onu həmişə qoruyurdu.
Ulu юndər deyirdi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. O, bu sюzlərlə Azərbaycanı vətənimiz olaraq hər şeydən üstün tutduğunu, Azərbaycanın irqindən, milliyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının vahid, bюlünməz Vətəni olmasını bəyan edirdi. Bəlkə də xaricdəki və daxildəki separatçılara bundan tutarlı cavab ola bilməzdi. Ulu юndər Azərbaycanın hər birimizin Vətəni olduğunu юnə çəkməklə onu bir юvlad kimi sevməyi, qorumağı bizə юyrədirdi.
Ulu юndərin tarixi şəxsiyyət kimi Azərbaycana və biz azərbaycanlılara etdiklərini qısa da olsa sadalamaq istəyirəm.
Ulu юndər Sovet Azərbaycanını SSRİ məkanında müttəfiq respublikalardan bir addım юnə çıxardı. Azərbaycanın tanınmasına, sюz sahibi olmasına nail oldu;
Keçmiş İttifaq məkanında gələcək üçün sırf azərbaycanlı kadrların yetişdirilməsinə, onların irəli çəkilməsinə юz tюhfəsini verdi;
Bir azərbaycanlı kimi bюyük bir imperiyanı idarə edənlərin cərgəsində юz layiqli yerini tutdu. Azərbaycan SSRİ məkanından ayrılandan sonra Naxçıvan Muxtar Respublikasının ermənilər tərəfindən işğalına imkan vermədi və Sədərəklə İqdır arasında “Ümid” kюrpüsünün tikilməsinə nail oldu;
Neft müqavilələrini bağladı, Bakı — Ceyhan neft boru kəmərinin çəkilməsinə nail olmaqla Azərbaycanın müstəqilliyinə mюhkəm təminat yaratdı;
Separatçı Sadval cəmiyyətinin və Talış — Muğan Respublikasının yaradılmasının qarşısını almaqla Azərbaycanın bюlünməsinə imkan vermədi;
Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasında юz sюzünü dedi və Azərbaycanın müasir qanunlarını formalaşdırdı;
Xarici güclərin Azərbaycana təzyiqlərini zərərsizləşdirdi. Müstəqil və müasir Azərbaycan dюvlətinin memarı və qurucusu oldu;
Azərbaycanın Avropa Şurasına qəbul edilməsinə nail oldu;
Azərbaycanın gələcək inkişaf strategiyası və taktikasını hazırladı...
Bəli, ulu юndərin Azərbaycan dюvləti və Azərbaycan xalqı qarşısında xidmətləri çoxdur, onları sadalamaqla qurtarmaq olmaz. Nə qədər ki, Azərbaycan xalqı və Azərbaycan dюvləti var, xalqımızın bu dahi oğlu da həmişə bюyük qədirbilənliklə xatırlanacaq və dərin hюrmətlə yad ediləcəkdir.
Elman YƏHYA,
Ədliyyə Nazirliyi İstintaq İdarəsinin bюyük müstəntiqi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.