Xalq yazıçısı Elçinin "Ədəbi düşüncələr" kitabı Türkiyədə nəşr olunmuşdur

Azərbaycanın Xalq yazıçısı Elçinin "Ədəbi düşüncələr" kitabı Türkiyənin məşhur "Ötüken" nəşriyyatında türk dilində çapdan çıxmışdır.
Türk oxucuları "Ədəbi düşüncələr"lə ilk dəfə 2003-cü ildə tanış olmuşlar. "DA yayıncılık" nəşriyyatında çapdan çıxmış həmin kitabı bir qrup universitet müəllimi türk dilinə çevirmişdi.
Yeni nəşrdə isə "Ədəbi düşüncələr"i türk dilinə Azad Ağaoğlu və Mehdi İsmayıloğlu tərcümə etmişlər.
Ədibin 456 kiçik essesini əhatə edən bu kitab elmi dəqiqliyi və şərhləri ilə seçilir. Türk oxucularının böyük marağına səbəb olmuş "Ədəbi düşüncələr" Elçinin "Ötüken" nəşriyyatında işıq üzü görən doqquzuncu, ümumilikdə isə Türkiyədə nəşr edilmiş on səkkizinci kitabıdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında