Səbaillilərin qaliblər nəslinə ehtiramı

 

 

II Dünya müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü Səbail rayonunda geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, sərgilər təşkil olunmuşdur.

Mayın 9-da iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksi önünə əklil və gül-çiçək qoyulmuşdur. Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

 Qaliblər nəslinin nümayəndələri ilə görüş parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi  49 saylı “İntellekt” liseyin yeni tədris korpusunda davam etdirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında  sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz payı vardır.

Bildirilmişdir ki, Azərbaycan xalqı bu gün də öz keçmişi, müharibədəki iştirakı ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli insanlarıdır. Ulu öndər Heydər Əliyev onlara həmişə xüsusi qayğı və diqqət göstərmiş, problemləri ilə yaxından maraqlanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm  tədbirlər  müharibə veteranlarının sosial müdafiəsini daha da yaxşılaşdırır.

Qələbənin şahidləri öz xatirələrini söyləmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sonda veteranlara  hədiyyələr təqdim olunmuşdur.

R.TAHİR,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında