Amnistiya aktının tətbiqi ilə bağlı Baş Prokurorluqda seminar

 

 

Mayın 11-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2013-cü il 7 may tarixli qərarının prokurorluq orqanlarında tətbiqi mövzusunda Baş Prokurorluqda seminar keçirilmişdir.

Seminarda Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə, hüquqi təminat və informasiya idarələrinin, eləcə də Elm-Tədris Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının dövlətimizin daim diqqət mərkəzində olduğunu vurğulamışdır. Natiq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə xilasedici qayıdışından sonra ölkəmizdə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə başlandığını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmaqla, humanizm siyasəti çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən əfv və amnistiya təsisatlarının bərpa edildiyini və bu sahədə ən qəti addımların atıldığını xüsusi vurğulamışdır.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə Azərbaycan Respublikasının baş prokuroru tərəfindən müvafiq əmr imzalanmışdır.

Seminarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin zəruriliyi vurğulanaraq, onun humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi diqqətə çatdırılmışdır. Eyni zamanda, prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən, cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilmişdir.

Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə səmərəli əməkdaşlığı, qərarın icrası zamanı yarana biləcək məsələlər ətrafında müzakirələr aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında