İşğal olunmuş ərazilərdə əcnəbilərə dəyən maddi və mənəvi zərərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək

 

 

Bundan sonra Azərbaycanın işğal olunmuş ərazilərində istənilən ölkənin vətəndaşına dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” Qanunda nəzərdə tutulmuşdur.

Qanunun 8-ci maddəsinin 3-cü hissəsində deyilir: “İşğal edilmiş ərazilərdə yaşayan, həmin ərazilərdən köçkün düşmüş Azərbaycan vətəndaşlarına, vətəndaşlığı olmayan şəxslərə, eləcə də işğal edilmiş ərazilərə gedən xarici ölkə vətəndaşlarına dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə görə bütün məsuliyyət hərbi təcavüzü həyata keçirən Ermənistan Respublikasının üzərinə düşür”. Qanunun bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında