“WAGGON-Paris” də Gül bayramına qoşuldu

 

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Bakıda keçirilən və artıq ənənəyə çevrilmiş Gül bayramına ölkəmizdə fəaliyyət göstərən xarici ölkə şirkətlərinin nümayəndələri də  böyük maraqla yanaşır və bu bayrama öz töhfələrini verməyə başlayırlar. Fransanın bütün dünyada məşhur olan “WAGGON-Paris” firmasının Bakıdakı nümayəndələyini bu işdə həqiqətən birincilərdən saymaq olar.

Ulu öndərin doğum günündə firmanın paytaxtın Bülbül prospektindəki mağazasının qarşısında Parisdəki məşhur Eyfel qülləsinin böyük maketi və onun yanında xalqımızın dahi oğlu Heydər Əliyevin bütünlüklə qərənfillərdən düzəldilmiş əzəmətli portreti yaxınlıqdan ötənlərin diqqətini bir andaca özünə çəkirdi. Kimisi bu ecazkar mənzərəni dərhal mobil telefondakı kameranın köməyi ilə yaddaşa köçürür, kimi də onun fonunda şəkil çəkdirirdi.

Bizim də diqqətimizdən yayınmayan redaksiyamızın qarşısındakı bu kompozisiya haqqında bir qədər ətraflı məlumat almaq üçün “WAGGON-Paris” firmasının Azərbaycandakı rəhbəri Tural Atakişiyevə müraciət etdik. Türal müəllim bildirdi ki, dünya şöhrətli Azərbaycan dahisinin yubileyinə belə bir töhfəni biz də özümüzə borc bildik. Ulu öndər Heydər Əliyevin əzəmətli portretinin,  14 metrlik Eyfel qülləsinin maketinin və ümumulikdə kompozisiyanın hazırlanması üçün 40 mindən artıq qərənfil istifadə olunub. Kompozisiyanın müəllifi dizayner rəssam Elşən Səfərovdur.

İ.RÜSTƏMOV,

 R.SALMANOV (foto),

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında