Azərbaycanda Amnistiya Aktının icrasına başlanmışdır

 

 

Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya Aktının icrasına başlanmışdır.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Amnistiya Aktı Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi cinayətlərə görə məhkum olunmuş 74 hərbi qulluqçuya tətbiq edilmişdir. Barələrində Amnistiya Aktı tətbiq edilən şəxslərə bu aktın humanist mahiyyəti çatdırılmaqla gələcəkdə qanunazidd hərəkətlərə yol verməmələri barədə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən onlarla fərdi söhbətlər aparılmışdır.

Hazırda Amnistiya Aktının icrası davam etdirilir.

Qeyd edək ki, Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunmuşdur. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında