Macarıstanın Cöncöş şəhərində regionun işgüzar dairələri üçün mətbuat konfransı keçirilmişdir

 

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində mayın 9-da Cöncöş şəhərində mətbuat konfransı olmuşdur.

Tədbirdə Cöncöş şəhərinin meri Laslo Faraqo, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və Macarıstan parlamentində böyüklüyünə görə üçüncü fraksiyaya malik olan “Daha yaxşı Macarıstan uğrunda” partiyasının sədri cənab Qabor Vona iştirak etmişdir.

Mətbuat konfransında çıxış edən V.Quliyev və B.Səfərov regionun işgüzar dairələrinin nümayəndələrinə Azərbaycanın investisiya şəraiti və potensialı, ölkədə qeyri-neft sektorunun inkişafında qazanılmış uğurlar və iki dövlət arasında ticarət dövriyyəsinin genişlənməsi barədə məlumat vermişlər. Tədbir iştirakçılarına Azərbaycan haqqında sənədli film göstərilmişdir. Bundan sonra onlar işgüzar əməkdaşlıq barədə suallarla səfirə və Azərbaycandan gəlmiş qonaqlara müraciət etmişlər.

Regionun biznes dairələrinin nümayəndələri fəaliyyət profilləri barədə məlumat vermiş, Azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq etməyə maraq göstərdiyini bildirmişlər.

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Cöncöş

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında