Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyi qeyd edilir

Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət

{nl}

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, AYB-nin 75 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici qonaqlar, ədəbi ictimaiyyətin nümayəndələri dekabrın 15-də Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

{nl}

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülmüşdür.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun da məzarı üzərinə güllər qoyulmuşdur.

{nl}

Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın da məzarları üzərinə tər çiçəklər düzülmüş, "Əbədi məşəl" kompleksi önünə əklil qoyulmuşdur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında