Nərimanov rayonunda GÜL BAYRAMI

 

 

Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Gül bayramı keçirilmişdir.

N.Nərimanov parkında keçirilən tədbirdə məktəblilərin rəsm işləri, pannolar, güllərdən düzəldilmiş butalar və kompozisiyalar bayrama gözəllik gətirirdi. Məktəblilərin hazırladıqları və həvəslə təqdim etdikləri tablolar göz oxşayırdı. Güllərlə bəzədilmiş libasda şəstlə dayanan körpələr bayramı daha da rəngarəng edirdi.

207 saylı tam orta məktəb, 57 saylı tam orta məktəb, Bağça Məktəb Lisey kompleksi, 306 saylı körpələr evi - uşaq bağçasının kompozisiyaları diqqəti cəlb edirdi. Bağçada tərbiyə alan 4 yaşlı Məryəm Qasımovanın əl işi iştirakçılarda böyük maraq doğururdu.

Milli Qəhrəman Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbin şagirdlərinin əl işləri və çəkdikləri rəsmlər isə xüsusilə seçilirdi. Təşkilatçı müəllim, əmək veteranı Felmira Məmmədova şagirdlərin ulu öndərin 90 illik yubileyinə həsr olunmuş builki gül bayramına xüsusi hazırlaşdıqlarını bildirdi.

Məktəbin 7-ci sinif şagirdləri Səriyyə Şirəliyeva, Soltan Tağıyev, Nəzrin Qədirli və Jalə Əliyevanın gül kompozisiyaları isə öz mükəmməlliyi ilə seçilir və müəlliflərinin böyük istedadından xəbər verirdi.

Tədbirdəki konsert proqramı həmin gün insanlarda əsl bayram əhval-ruhiyyəsi yaradırdı.

Elçin ABBASOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında