Lənkəranda əsl bayram ovqatı vardı

 

 

 

 

 

“Cənub mirvarisi” Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin  90  illik yubileyi silsilə tədbirlərlə qeyd edildi. Aprel ayının ikinci yarısından başlanan tədbirlər ulu öndərin abidəsinin ümumxalq ziyarəti ilə yekunlaşdı.

Həmin gün şəhərin əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Xatirə parkında böyük qələbəlik var idi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, pedaqoji kollektivlər, minlərlə lənkəranlı dünya şöhrətli azərbaycanlı, böyük dövlət xadimi, xalqın xilaskar oğlu Heydər Əliyevə tükənməz ehtiramlarını bildirmək üçün onun möhtəşəm abidəsi önünə gəldilər.

İcra hakimiyyətinin başçısı T.Qaraşov ulu öndərin abidəsi önünə əklil qoydu. Sonra abidənin ümumxalq ziyarəti başlandı.

Daha sonra rayonun  rəsmiləri Heydər Əliyev Xatirə parkında düzənlənən “Gül bayramı”nda iştirak etdilər. Uşaq bağçaları kollektivlərinin güllərdən hazırladıqları rəngarəng dövlət atributlarına, fiqurlara, yubilyarla bağlı şəkillərə, pannolara, tablolara baxanlar unudulmaz dahi  insanın  işıqlı xatirəsini bir daha ehtiramla yad etdilər. Fidan balaların ifasında vətənpərvərlik şeirləri səsləndi. Şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin əlamətdar yubileyə həsr etdikləri rəsm əsərləri və kitab sərgisi ilə tanışlıq da böyük maraq doğurdu. 

Ümumxalq ziyarəti həzin musiqi  sədaları altında bir neçə saat davam etdi.

Həmin gün axşam Lənkəran şəhər Mərkəzi Stadionunda əlamətdar yubiley münasibətilə möhtəşəm bayram konserti oldu. Konsertə 10 mindən artıq lənkəranlı toplaşmışdı. Onlar Bakıdan dəvət olunmuş, o cümlədən, Lənkəranda yaşayan populyar müğənnilərin ifalarını dinlədilər, mənalı istirahət saatları yaşadılar.

Paytaxtdan gəlmiş sənət adamlarından Nisə Qasımova, Əlikram Bayramov, Rəşad İlyasov, Firuzə İbadova, Elşad və Rəvan Qarayevlər, Aybəniz və Şahnaz Haşımovalar, Aynişan Quliyeva   və başqalarının ifasında səslənən şux melodiyalar və oynaq nəğmələr lənkəranlı sənətsevərlərə xoş əhval-ruhiyyə bəxş etdi.

Yerli müğənnilərdən Cavad Rəcəbovun, Əsəd Bayramovun,  skripkaçı  İlqar Əliyevin, “Muğam üçlüyü”nün, “Nənələr” folklor kollektivinin çıxışları da alqışlarla qarşılandı.

Konsertdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bütün idarə, müəssisə və təşkilatların rəhbərləri öz kollektivləri ilə birlikdə iştirak edirdilər.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında