Daxili Qoşunların zabitləri üçün yeni xidməti yaşayış binası istifadəyə verilmişdir

 

 

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 8-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsinin ərazisində zabitlər üçün yeni xidməti yaşayış binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov iştirak etmişlər.

Məlumat verilmişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış 60 mənzilli, 6 mərtəbəli binanın ümumi sahəsi 6100 kvadratmetrdir. Binada mərkəzi qazanxana, havalandırma sistemləri quraşdırılmış, rabitə-kommunikasiya, elektrik xətləri çəkilmiş, su hovuzu, digər yardımçı sahələr yaradılmışdır. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir. Bir sözlə, bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə tam təchiz olunmuşdur.

Mərasim iştirakçıları hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olmuş, görülmüş işlərdən razı qalmışlar.

Yeni mənzil alanlar adından çıxış edənlər yaşayış binasının istifadəyə verilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesi, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, son illər Daxili Qoşunların hərbi qulluqçuları üçün müxtəlif təyinatlı obyektlər, o cümlədən yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqla təchiz edilmiş tibb məntəqələri və s. tikilib istifadəyə verilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, Daxili Qoşunların şəxsi heyəti bu ali diqqət və qayğıya əməli fəaliyyəti, xidməti və döyüş tapışırıqlarının yerinə yetirilməsi sahəsində yeni uğurları ilə cavab verəcək, qarşıya qoyulan istənilən əmr və tapşırığı layiqincə yerinə yetirəcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında