“Qızıl kəlmə” mükafatları təqdim edildi

 

 

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” Ədəbi Mükafatının təqdimetmə mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu mükafat 2 ildən bir ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı verilir: “Ümummilli lider Heydər Əliyev mədəni irsin təbliğinə, xalqın incəsənətə marağının dirçəlişinə xidmət edən sahələrə xüsusi diqqətlə yanaşırdı. Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəyə yüksəlməsində onun misilsiz xidmətləri olub. Dahi şəxsiyyət mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də Heydər Əliyev mənəvi dəyərlərin qorunması, təbliği və yüksək estetik dəyərli əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi”.

Nazir əlavə etdi ki, bu il növbəti dəfə kitab sərgisinin keçirilməsi nəzərdə tutulur: “2011-ci ildə keçirilən kitab sərgisində 30-a yaxın ölkə iştirak edib. İnanırıq ki, builki sərgidə iştirak edən ölkələrin sayında artım müşahidə olunacaq”.

Daha sonra nazirliyin bölmə müdiri, şair  Çingiz Əlioğlu  nominasiyalar üzrə qalib gəlmiş əsərlər barədə məlumat verdi, onların məzmunu və ədəbi dəyərindən söhbət açdı.

Çıxışlardan sonra qaliblər mükafatlandırıldı.

Qeyd edək ki, 2013-cü il üzrə müsabiqəyə 4 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid və publisistika və orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib. 4 əsas mükafatla yanaşı, bu dəfə də “Qızıl kəlmə” Ədəbi Mükafatı çərçivəsində daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi də məqsədəuyğun sayılıb.

 Nəsr nominasiyası üzrə Mustafa Çəmənlinin “Ölüm mələyi”, Pərvinin “Qar yağacaq”; poeziya nominasiyası üzrə Adil Cəmilin “Yurd yerim - dərd yerim”, Elçin İsgəndərzadənin “Qürbət hücrəsində” ; ədəbi-tənqid və publisistika əsərləri üzrə Rüstəm Kamalın “Sözü işığa danışdım”, Əsəd Cahangirin “Kim yatmış, kim oyaq?” ; bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı və  Akif Əhmədgilin Oljas Süleymenovdan çevirdikləri  “Kuman nəğməsi” kitabları qalib elan olunub. “Qızıl kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülünə isə Qismətin “Meqapolis hüznləri”, Elnarə Akimovanın “Yeni təfəkkür və ədəbi tənqid” kitabları layiq görülüb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında