Bayram SƏFƏROV: Qarabağın əzəli Azərbaycan torpaqlarını erməniləşdirmək planları puç olmağa məhkumdur

 

 

Şuşanın işğalının növbəti ildönümü ilə əlaqədar təxminən 2 min nəfər şuşalı Şəhidlər Xiyabanını ziyarət etmiş, orada Azərbaycanın azadlığı və suverenliyi naminə canlarından keçmiş igid vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, onların məzarları önünə tər çiçəklər qoymuşlar. “Əbədi məşəl” memorialının önünə əklil qoyulmuşdur.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov jurnalistlərə verdiyi müsahibəsində qeyd etmişdir ki, erməni tərəfi danışıqlar prosesini uzatmağa çalışır.

B.Səfərov demişdir: “Onlar bu yolla vaxt qazanmaq və Qarabağın əzəli Azərbaycan torpaqlarını erməniləşdirmək istəyirlər, lakin bu planlar puç olmağa məhkumdur, çünki biz öz torpaqlarımızı sülh yolu ilə, yaxud hərbi yolla qaytaracağıq. Bu məsələdə biz Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini bütünlüklə dəstəkləyirik”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında