1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım çatdırılmışdır

rn  

rn

rn  

rn

rn  

rn

rn  1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasının təmin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan qəzetimizə məlumat daxil olmuşdur. Qeyd edilən maddi yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il aprelin 23-də imzaladığı “1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Sərəncamına əsasən verilmişdir.

rn

rn Fonddan bildirmişlər ki, bu sərəncam hazırda 25 208 nəfərə şamil olunmuşdur ki, bunlardan da yalnız 2201 nəfəri bilavasitə sıraları getdikcə seyrələn Böyük Vətən müharibəsi iştirakçılarıdır.  Sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 700 manat məbləğində birdəfəlik yardım göstərilmişdir.

rn

rn Məlumatda həmçinin deyilir ki, Sərəncama əsasən Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 300 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə  23 007 nəfər təşkil edir.

rn

rn Xüsusi vurğulamaq yerinə düşər ki, maddi yardımın köçürülməsi prosesi artıq başa çatdırılmışdır və 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımın məbləğinə görə Azərbaycan MDB ölkələri içərisində ilk yerdədir.

rn

rn Z. BƏŞİRQIZI,

rn

rn  “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında