Əli HÜSEYNLİ: Azərbaycan cəza çəkən məhkumların say göstəricisinə görə Avropa ölkələri ilə bir sıradadır

 

 

“Amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyət tərəfindən alqışlanır. Çünki bu gün insanların düşüncəsində Heydər Əliyev irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının Heydər

Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyil. Çünki məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya kimi təsisatları onların öz mahiyyətinə uyğun bərpa etdi”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demişdir.

Onun sözlərinə görə, Azərbaycanda ölüm cəzasının sonuncu dəfə icrası 1992-93-cü illərdə həyata keçirilmişdir: “Təəssüf ki, həmin vaxt heç bir amnistiya qərarı olmadan 700-ə yaxın ağır cinayət törətmiş şəxsin azadlığa buraxılması ilə yadda qalmışdır. Heydər Əliyev isə bu siyasəti elə balanslaşmış şəkildə həyata keçirdi ki, həm cinayətkarlığa qarşı mübarizə aparıldı, həm də cinayət törətmiş şəxslər azad olundu, nəticədə cəmiyyətdə sabitlik yarandı”.

 Ə.Hüseynli qeyd etmişdir ki, Azərbaycanda sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunmuşdur: “Artıq uzun illərdir ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə nisbətən cəza çəkən məhkumların say göstəricisinə görə keçmiş sovet respublikalarını qabaqlayır, Şərqi Avropa və Avropa ölkələri ilə bir sıradadır. Bu amnistiya qərarından sonra 9 min nəfərə yaxın şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən üçdə biridir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında