Heydər Əliyevin 90 illik yubileyi İmişli şəkər zavodunda da qeyd olunmuşdur

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin təntənəli keçirilməsilə  əlaqədar “Azərsun Holdinq”də tədbirlər planı hazırlanıb. Həmin planın  icrasına uyğun olaraq mayın 7-də İmişli  şəkər zavodunda  yubiley mərasimi  keçirildi.

 Rayon  icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatı Çingiz Qənizadə və   şəkər zavodu əməkdaşlarının iştirakı ilə  keçirilən  tədbir İmişli şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini, həmçinin  yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzini ziyarətlə başladı. Sonra tədbir öz işini davam etdirdi. İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev,  deputat Çingiz Qənizadə, “Azərsun Holdinq”in baş direktoru Ahmet Yeman və digər natiqlər, Azərbaycan Respublikasının xilaskarı və qurucusu, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyətindən söhbət açdılar. Çıxış edənlər ulu öndərin  ölkəmizdə milli sahibkarlığın inkişafındakı əvəzolunmaz xidmətləri,  müstəqilliyimizin qarantı kimi dövlətimizin davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdilər.

Qeyd olundu ki,  respublikmızın hər yerində  olduğu kimi, İmişlidə də həyata keçirilən tikinti quruculuq, abadlıq işləri, yeni iş yerlərinin açılması və xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu sahədə “Azərsun Holdinq”in də fəaliyyəti yüksək qiymətləndirildi.

Yubiley münasibətilə 600 İmişli sakininə “Azərsun Holdinq”in istehsalı olan məhsullardan ibarət sovqat hədiyyə olundu.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında