Bu ilin 6 ayı ərzində DSMF-nin fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb

{nl}

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər. Cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1052 nəfər əcnəbi vətəndaş uçota alınıb.
Beləliklə, 2010-cu il iyulun 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 9081 nəfərə yüksəlib. Ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi, Türkiyə vətəndaşları çoxluq təşkil edir- 5118 nəfər.
Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1303 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə hazırda 585 nəfər təşkil edir.
Sonrakı yerlərdə İran İslam Respublikası (295 ), Hindistan (236), Çin Xalq Respublikası (131), Bosniya və Hersoqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Ukrayna (85), Filippin (84), Pakistan İslam Respublikası (78), Qazaxıstan (69), Özbəkistan (66), Malayziya (65), Almaniya (61), Türkmənistan (53), İtaliya (50), ABŞ (44) və s. ölkələr gəlir.
Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsini gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır.

{nl}


Z.BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında