Düşənbədə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər arasında keçirilən müsabiqəyə yekun vurulmuşdur

 

 

Düşənbədə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər  arasında “Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti haqqında ən məzmunlu məqalə” nominasiyasında keçirilən müsabiqəyə yekun vurulmuşdur.

Tədbirdə Tacikistanın dövlət və hökumət nümayəndələri, Xarici İşlər Nazirliyinin məsul işçiləri, diplomatik korpusun üzvləri, universitet rektorları, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak etmişlər.

Xatırladaq ki, müsabiqəyə 9 jurnalistin tacik və rus dillərində 13 məqaləsi və ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, eləcə də Azərbaycan haqqında məlumatlardan ibarət krossvord təqdim olunmuşdur.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov qalibləri təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır. Diplomat ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verərək qeyd etmişdir ki, Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Tacikistanda bir çox sənaye obyektlərinin tikintisinə dəstək vermişdir. Səfirin sözlərinə görə, müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra Heydər Əliyev Tacikistanla münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlamışdır.

Sonra A.Həsənov müsabiqənin qaliblərinə mükafatlar təqdim etmişdir. Müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan jurnalistlərə – Xoliqi Muxammadnazara (“Faraj” qəzeti), Cumai Mirzoya (“Dunyo” qəzeti) və Nasrullo Tuycizodayə (“Payomi Dushanbe” qəzeti) səfirliyin diplomu və pul mükafatları, digər iştirakçılara isə şəhadətnamələr verilmişdir.

Müsabiqənin qalibləri çıxış edərək ölkələr və xalqlar arasında dostluğun və qardaşlığın möhkəmlənməsində belə tədbirlərin böyük əhəmiyyəti olduğunu bildirmişlər.

Qulu KƏNGƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında