Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərindən bəhs edən miniatür kitab nəşr olunmuşdur

{nl}

Azərbaycan Kitab Cəmiyyətinin təşəbbüsü ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iyunun 3-4-də ölkəmizə rəsmi səfərindən bəhs edən miniatür kitab "İNDİQO" nəşriyyatında 38-53 millimetr ölçüdə, 150 nüsxə tirajla rus və Azərbaycan dillərində nəşr olunmuşdur.
Kitab Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zərifə Salahova bildirmişdir ki, kitabda Aleksandr Lukaşenkonun qarşılanma mərasimi, onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, dövlət başçılarının birgə mətbuat konfransı, Belarus Prezidentinin şərəfinə təşkil olunan ziyafət, ona Bakı Slavyan Universitetinin fəxri doktoru adının verilməsi mərasimi və digər görüşlər barədə ətraflı məlumatlar əksini tapmışdır.
Kitabın 15 nüsxəsi Belarus Prezidentinə hədiyyə edilmişdir.
Miniatür kitabın Bakıda və Minskdə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında