“Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” monoqrafiyası çapdan çıxmışdır

 

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)  sədr müavini İbrahim Məmmədovun “Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” adlı monoqrafiyası çapdan  çıxmışdır.

QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  bu kitab Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılmış və nəşr olunmuşdur.

 Monoqrafiyanın “Ön söz”ünün müəllifi və elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitab 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş ilk monoqrafiyadır.

Sumqayıt hadisələri Ermənistanın rəsmi informasiya siyasətində Azərbaycana qarşı istifadə olunan yeganə psevdoarqumentdir. Bu kitab onların yeganə arqumentini də puç edir.

Kitabın yazılması üçün 34 cild cinayət işi oxunmuş, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi  və Baş Prokurorluğunun arxiv sənədlərindən istifadə olunmuşdur.

Moskvada mühüm şəxslərlə – SSRİ Dövlət Təhlükəsizlik Komitəsi  sədrinin birinci müavini Filip Bobkov ilə, məşhur hüquqşünas, Sumqayıt hadisələrinin təhqiqatında iştirak etmiş Vladimir Kalniçenko və Azərbaycanın rəsmi şəxsləri, hadisələrin şahidləri ilə söhbətlər aparılmışdır.

 Kitabda Sumqayıt hadisələrinin erməni millətçiləri və Moskvadakı imperialist dairələrin, o cümlədən də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Sov.İKP MK-dakı antiazərbaycan ovqatlı şəxslərin əli ilə təşkil olunduğu sənədlər və ifadələrlə sübut olunur.

“Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” adlı monoqrafiyanın türk, ingilis, rus, fransız və alman dillərinə tərcümə olunması nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında