Milli Məclisdə görüş

İyulun 15-də Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Z.Əsgərov demişdir ki, dost ölkələr olan Azərbaycan ilə Moldova arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin mövqeləri bütün məsələlərdə üst-üstə düşür.
Ziyafət Əsgərov Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında iyulun 14-də imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun hüquqi sahədə əlaqələrimizin möhkəmlənməsinə təkan verəcəyini demişdir.
Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT tərəfindən qəbul edilmiş qətnamələrin tələblərinə məhəl qoymur. Təəssüf ki, dünya birliyi bu məsələdə ikili standart nümayiş etdirərək, Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdə heç bir təzyiq göstərmir. Z.Əsgərov, həmçinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Moldova hökumətinə təşəkkürünü bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri, Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulbere səmimi görüşə və yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Moldova Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat vermişdir. D.Pulbere Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında imzalanmış Memorandumun ikitərəfli əməkdaşlığın daha sürətlə inkişafına töhfə verəcəyini məmnunluqla vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında