Pirallahıda yubiley tədbirləri

 

 

Bakı şəhərinin Pirallahı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə bayram tədbirləri Neft Daşları və Çilov qəsəbələrində davam edirilmişdir. 

“Neft Daşları” NQÇİ-nin akt zalında keçirilən tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğuladı, Azərbaycanın geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlaması və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, eləcə də dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulmasının bilavasitə ulu öndər Heydər Əliyevin xidmətləri olduğunu qeyd etdi.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış,  elmin, təhsilin, mədəniyyətin inkişafının  ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov əfsanəvi Neft Daşlarının tarixindən söz açaraq, ümummilli liderin dəfələrlə möcüzələr adasında qəhrəman dəniz neftçiləri ilə görüşdüyünü söylədi. Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyev adına muzeydə oldular, ümummilli liderin 90 illiyinə həsr edilmiş “Neft Daşları” NQÇİ-nin sexləri arasında mini-futbol turnirinin final oyununu seyr etdilər.

 * * *

Çilov adasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram tədbirlərinə “28 May” NQÇİ-nin inzibati binasında start verildi.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev və digər tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin idarənin inzibati binasında ucaldılmış büstü önünə  qızıl güllər qoydular. Yubiley tədbirini giriş sözü ilə açan Rövşən Qarayev  ulu öndərin həyat və fəaliyyəti haqqında məlumat verdi.

Daha sonra tədbir Çilov İdman Kompleksində “Gül Bayramı” ilə davam etdirildi. Yubiley tədbirinin iştirakçıları Milli Qəhrəman Rasim İbrahimov adına 131 saylı orta məktəbin və Çilov adası uşaq bağçasının yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərginin eksponatları ilə  tanış oldular. Yubiley tədbirlərinə Mənzil Kommunal Təsərrüfatı idarəsinin və “28 May” NQÇİ Quyuların əsaslı və yeraltı təmiri sexinin mini-futbol komandaları arasında yoldaşlıq matçı ilə yekun vuruldu.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında