Kəndlərin su problemi aradan qaldırılır

 

  

Ölkə regionlarının içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkənin ucqar kənd və qəsəbələrində də su təchizatı ilə bağlı layihələr həyata keçirilir, içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində bu problem birdəfəlik həll olunur.

  Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində daha bir yaşayış məntəqəsi içməli su ilə təchiz edilmişdir.  Balakən rayonunun Sarıbulaq kəndinə içməli suyun verilməsi ilə əlaqədar keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkə Prezidenti İlham Əliyevin regionların inkişafına böyük diqqət göstərdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, su təchizatının yaxşılaşdırılması istiqamətində  görülən işlər kəndin sosial-iqtisadi inkişafına töhfə verəcəkdir. Sarıbulaq kəndinin  uzun  illərdən bəri davam edən içməli su təchizatı probleminin aradan qaldırılmasını mühüm hadisə kimi dəyərləndirən  icra hakimiyyətinin başçısı buna görə “Azərsu” ASC-nin rəhbərliyinə bütün sakinlər adından minnətdarlığını bildirmişdir.

“Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq   kənd yaşayış məntəqələrində su təchizatı layihələrinin davam etdiriləcəyini diqqətə çatdırmışdır. 

Açılış mərasimində çıxış edən kənd sakinləri içməli suyun verilməsini böyük sevinclə qarşılamış, içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirmişlər.    Xatırladaq ki, Balakən rayonunun Sarıbulaq kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 2400-dən çox sakinin su təchizatının yaxşılaşdırılmasına  hesablanmışdır. Layihəyə uyğun olaraq  kəndi içməli su ilə təmin etmək üçün nəzərdə tutulmuş iki ədəd artezian quyusunun biri artıq istismara verilmiş, digəri isə yaxın vaxtlarda işə salınacaqdır. Artezian quyularından kəndə 110 millimetr diametrli polietilen borularla 700 metr uzunluğunda magistral su xətti çəkilmişdir.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında