Ulu öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir

 

 

Dövlət Sərhəd Xidməti Aparatının əməkdaşları mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə öz töhfəsini verir.

Qeyd olunmuşdur ki, Sərhəd Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, eləcə də sərhəd məntəqələrinin yaradılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, sərhədçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir.

Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar.

Sonda fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləmişlər.

Fondla tanışlıq Dövlət Sərhəd Xidməti Aparatının əməkdaşlarında zəngin təəssürat yaratmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında