Ulu öndərin yubileyinə həsr olunmuş səfər

 

 

Astara rayonunun ağsaqqalları, ziyalıları və fəal qadınlarını təmsil edən geniş tərkibli nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə dahi şəxsiyyətin doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə səfər etmişdir.

Qonaqlar öncə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərovla görüşmüşlər. V.Səfərov astaralı qonaqların şanlı yubiley ərəfəsində Naxçıvan torpağına səfərini yüksək qiymətləndirmiş, bu təşəbbüsə görə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə təşəkkürünü bildirmişdir.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Astara rayon təşkilatının sədri, nümayəndə heyətinin rəhbəri Firudin Əhmədov yüksək səviyyədə və böyük hörmətlə qarşılandıqlarına görə minnətdarlıq etmişdir. O və digər qonaqlar ulu öndərin 90 illik yubileyi günlərində onun doğulub boya-başa çatdığı müqəddəs Naxçıvan torpağına gəlmələrindən hədsiz qürur duyduqlarını bildirmişlər.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyev yüksək ustalıqla kətana köçürdüyü Heydər Əliyevin portreti haqqında, ulu öndərin 1982-ci ildə Astara rayonuna səfəri zamanı onunla unudulmaz görüşü barədə məlumat vermişdir. Həmin portret də Naxçıvan Şəhər İcra Hakimiyyətinə bağışlanmışdır.

Qonaqlar Heydər Əliyev muzeyi, Heydər Əliyev Sarayı, Möminə Xatun türbəsi, Xan sarayı, Xalça muzeyi və Duzdağ fizioterapiya mərkəzində olmuş, Nuhun qəbirüstü abidəsini, “Əshabi-Kəhf” ziyarətgahını və digər tarixi-mədəni yerləri ziyarət etmişlər. Onlar həmçinin Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşlar.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında