Mobil telefon və internetdən asılılıq yolları müzakirə olundu

 

 

 “Rabitə və İnformasiya  Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət Dəstəyi   Şurasının maliyyə dəstəyi ilə hazırladığı “Mobil telefonlardan  və internetdən asılılığın  problemləri  və həlli yolları”  layihəsinə aid  “Mobil telefon və internetdən  asılılıq hansı  problemlər yaradır və  bunlar necə aradan qaldırılmalıdır” adlı  tədbir keçirdi.

Tədbiri giriş sözü ilə  birliyin sədri, Beynəlxalq Rabitə Akademiyasının  həqiqi üzvü Sirus Abasbəyli açaraq, bu sahədə  mövcud problemlərdən danışdı. Bildirdi ki,  bu tədbirin məqsədi  mobil telefonlardan və internetdən asılılığın problemləri və onların həlli yolları haqqında  valideynlərə, gənclərə, orta məktəb şagirdlərinə geniş bilgilər  veməkdən ibarətdir.

Sonra  tibb elmləri doktoru, professor  Afər Əfəndiyev, tibb elmləri  doktoru, professor  Rasim Babayev, Azərbaycan Texniki Universitetinin dosenti, Beynəlxalq  Rabitə Akademiyasının həqiqi üzvü  Əli Tağıyev, Azərbaycan Dəmir Yolu  həkim-sanitar  xidməti Taun əleyhinə stansiyanın  rəisi  Ramiz Babayev çıxış edərək  mobil telefonlardan istifadənin  yaratdığı problemlərdən,  bu problemlərin aradan  qaldırılması üçün   həyata keçirilən tədbirlərdən  danışdılar. Tədbirdə   şagirdlər, onların valideynləri, QHT-lərə  Dövlət Dəstəyi  Şurasının  nümayəndələri, gənclər iştirak edirdilər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında