Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər zirvəsi”nə kütləvi yürüş başlanmışdır

 

 

Mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan kütləvi yürüş başlamışdır.

AzərTAc xəbər verir ki, FAİREX-in idmançılarının Fəxri Xiyabana gələrək ümummilli liderin xatirəsini yad etməklə başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinə doğru istiqamət götürmüşdür.

Kütləvi yürüşün yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xınalıq kəndi ərazisindən dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut Şahdağ Milli Parkının əməkdaşları tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda, kütləvi yürüşün tənzimlənməsini təmin etmək məqsədi ilə FAİREX-in vitse-prezidenti Valeri Bağırov yürüşün rəhbəri təyin edilmişdir.

400-dən artıq iştirakçının qatıldığı yürüşə mayın 11-də yekun vurulacaqdır.

Ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində “Heydər zirvəsi”nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilmiş və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında