Dövlət Dəniz Administrasiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans

 

 

Dövlət Dəniz Administrasiyasında (DDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən silsilə tədbirlər çərçivəsində mayın 3-də “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dəniz nəqliyyatının inkişafındakı rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin administrasiyadakı büstü önünə tər çiçək dəstələri düzmüş, Heydər Əliyev Muzeyində sərgilənən fotosərgi ilə tanış olmuşlar.

Konfrans çərçivəsində plenar iclası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov açaraq, ulu öndərin ölkəmizin dəniz nəqliyyatının inkişafındakı rolundan bəhs etmişdir.

Bildirilmişdir ki, hələ fəaliyyətinin ilk illərindən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisi, inkişafı və müstəqilliyi üçün çalışmış, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə onun müdrik və uzaqgörən siyasəti sayəsində respublikamız bütün sahələrdə diqqətəlayiq nəticələr əldə etmişdir.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırkı nailiyyətlərinin əsasını ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir.

Administrasiyanın rəisi ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı kompleksinin inkişafı sahəsində də müstəsna rolunu diqqətə çatdırmışdır.

 Qeyd olunmuşdur ki, dəniz donanmasına malik keçmiş Sovet İttifaqı respublikalarının bir çoxunda donanmalar yararsız hala düşsə də, Heydər Əliyevin sayəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm istiqamətlərindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanmışdır. 

Bu sahəyə diqqət və qayğı bu gün ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri,  ro-ro  tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan və həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur. Bu da ölkəmizi həqiqətən qüdrətli dəniz dövləti hesab etməyə əsas verir.

Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Elçin Mirzəyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Rizvan Vahabov və başqaları çıxış edərək bildirmişlər ki, mənalı həyatını öz xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaqdır.

Tədbirdə ARDDA kollegiyasının qərarı ilə dəniz nəqliyyatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Donanmanın fəxri işçisi” adı və döş nişanına layiq görülən bir qrup şəxsə mükafatlar təqdim edilmişdir.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında