Heydər Əliyev Mərkəzi xarici ölkələrdə Azərbaycan xalqının ümummilli liderinə həsr olunan fotosərgilər təşkil edir

 

 

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli liderinin 90 illik yubileyi ərəfəsində ulu öndərə həsr olunan fotosərgilər və konfranslar təşkil edir.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, ulu öndər Heydər Əliyev irsinin yaşadılması və ölkədən kənarda təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edən bu fotosərgilərdə ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif  dövrləri öz əkini tapmışdır.

“Həyatdan 90 fraqment” adlı fotosərgilər mayın 5-dən etibarən Belarusda və Macarıstanda, mayın 7-dən isə Rumıniyada nümayiş olunacaqdır.

Mayın 7-də Azərbaycanın Buxarestdəki səfirliyi, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri konfrans çərçivəsində keçiriləcək sərgidə Rumıniyanın ictimai-siyasi xadimlərinin, xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin iştirakı və çıxışları nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında